MÜHƏNDİSLİK

  • Struktur mühəndisliyi
  • Mülki mühəndislik
  • Elektrik və ölçü cihazları mühəndisliyi 

Struktur mühəndisliyi:

BCC Group xidmət-yönümlü, mülki, neft-qaz, petrokimya və digər sənaye sahələri üçün mürəkkəb konstruksiyalar və sistem tənzimləmələrini uğurlu bir şəkildə layihələndirən məsuliyyətli bir şirkət kimi tanınır.Layihələndirmə işimizə istehsalat binaları, texnoloji və tökmə material anbarları, eləcə də ofis obyektləri daxildir. BCC Group həmçinin su saxlama qurğuları, su anbarları, eləcə də nasos stansiyaları, kompressor və qazanxana şöbələri, texniki otaqlar və boru kəmərlərini layihələndirmə imkanlarına malikdir. Bundan başqa, biz sənaye konstruksiyaları və boru kəmərlərinin layihələndirilməsi, sənaye və yaşayış binalarının strukturunun layihələndirilməsi, həmçinin müasir tərkib materialları və əsaslı təmir üzrə mühəndislik xidmətləri də göstəririk.

Mülki mühəndislik:

BCC Group mülki mühəndislik sahəsində binanın layihələndirilməsindən başlayaraq, sahənin hazırlanması, interfeys, material təminatı, icrası, tikilməsi və istismara verilməsinə kimi prosesləri əhatə edən “açar-təslim” layihələr üzrə peşəkarlaşmış etibarlı bir tərəfdaşdır. Bu fəliyyət sahəsi bina, sənaye müəsisələri, eləcə də yeraltı kabel və boru xətləri üçün lazım olan bütün elektromexaniki quraşdırmaları əhatə edir.Biz müxtəlif növ yaşayış, ticarət və istehsalat binalarının mülki mühəndisliyi ilə məşğul oluruq.Bununla yanaşı, mülki mühəndisliyin bir hissəsi kimi aşağıdakı xidmətləri də göstərə bilirik:

  • Ərazinin topoqrafik planı
  • İşlənmə planının hazırlanması
  • Komunal sistemin ölçülərək layihələndirilməsi
  • Ərazi seçimi və planın qurulması
  • İnşaat sxemi və işarələmə
  • Drenaj və yer təbəqəsinin təsnifatı
  • Avto-dayanacağın layihələndirilməsi
  • Səki örtüyünə nəzarət
  • İşarələmə

Elktrik və ölçü cihazları

BCC Group neft, qaz və mülki tikinti sahələrində elektrik və ölçü cihazları üzrə geniş çeşidli mühəndislik xidmətləri göstərir. Bizim elektrik və ölçü cihazları üzrə mühəndislik xidmətləri göstərən komandamız sizə tam təminatlı layihələndirmə, inşaat və elektrik şəbəkə qurğularının (kommutatorların) sınaqdan keçirilməsi, nəzarət kabinələri və elektrik və ölçü cihazı obyektlərinin istehsalat proseslərinin avtomatlaşdırılması sistemi, kompleks sınaqların aparılması, avadanlığın kalibrlənməsi və tənzimlənməsi, həmçinin istismara vermə, texniki dəstək, nəzarət, eləcə də əməliyyat və texniki xidmət heyətinə yardım və təlim  xidmətləri təklif edir.

TƏCHİZAT

BCC Group 70-dən çox dünya brendini müxtəlif bazarlarda təmsil edən yüksək səviyyəli təchizatçı şirkətdir. Bizim tədarük zəncirini səmərəli şəkildə idarə etməyimiz şirkətinizin satınalma xərclərini azalda və illik qənaəti artıra bilər. BCC Group bütün xərc kateqoriyaları və satınalma metodlarında qənaət ediləcək vəsaiti müəyyənləşdirmək və həyata keçirmək üçün sizin komandanızla əməkdaşlıq edir. Əməkdaşlıq boyunca biz sizin üçün satınalma mənfəətlərini uzun müddət qoruyub saxlayacaq təşkilati imkanlar yaradırıq.

Nə üçün BCC Group?

1997-ci ildən bəri biz Azərbaycan, Qazaxıstan, B.Ə.Ə., Rusiya, Türkmənistan, Anqola, Gürcüstan, Mozambik, İraq və s. kimi müxtəlif ölkələrin çeşidli sənaye sahələrində əsaslı satınalma layihələri üzrə bir sıra şirkətlərlə əməkdaşlıq etmiş və onları təchiz etmişik.Bizim səylərimiz, bilik və yanaşma tərzimiz təcrübəli alıcı qrupu ilə birgə vaxtınıza və pulunuza qənaət edəcək və sizin üçün ən yaxşı texniki üsulu müəyyənləşdirəcək.Biz neft – qaz, dağ-mədən, inşaat və digər sənaye sahələrinə aid müxtəlif növ məhsullar tədarük etməklə dünyanın öndə gedən istehsalatçıları ilə işləyirik.Biz Türkiyə, Çin, Rusiya, B.Ə.Ə. də daxil olmaqla dünyanın müxtəlif məntəqələrində satınalma ofisləri olan, beynəlxalq tədarük zəncirinə malik şirkətik.BCC Group gömrük, logistika və çatdırılma işləri üzrə geniş təcrübəyə malikdir.

 

İNŞAAT

BCC Group neft, qaz və digər sənaye sahələri üzrə müxtəlif növ bina və konstruksiyaların layihələndirilməsi, inşası, quraşdırılması və istismara verilməsi işlərində geniş təcrübəyə malikdir. Biz ağır təməllərin qoyulması, aparatura bazaları, boruşəkilli və lövhəşəkilli təbəqəli poladlar, dalğaqıranlar və körpü divarları və s. inşası üzrə xüsusi səriştəyə yiyələnmişik.Polad emalı və metal konstruksiyaların qurulması:

BCC Group ümumi metal konstruksiyaların və avadanlıqların, o cümlədən anbarlar və karkaslar üçün çoxsaylı sütunlar, su konteynerləri, tranzit mini konteynerlər, qaz balonları və zibil konteynerlərinin emalı, quraşdırılması, texniki baxışdan keçirilməsi və sökülməsi kimi xidmətlər göstərir. Biz həm də nəhəng platformalar, buylar, beton dirəklər və qoruyucu şəbəkə kimi müxtəlif sənaye qurğularının quraşdırılması və istismara verilməsi sahəsində geniş təcrübəyə malikik. Bizim istehsal emalatxanalarımız və metal konstruksiya zavodlarımız təyin edilmiş dizayna uyğun olaraq istənilən ölçü və qalınlığa malik metal lövhələrin, balkalar, sütunlar və boruların tikilməsi (o cümlədən, kəsilməsi, bükülməsi, sürüşdürülməsi və  frezlənməsi) üçün lazımi avadanlıqla tam təchizatlıdır.

Modul tipli binaların ilkin emalı və quraşdırılması:

Bizim istehsal imkanlarımıza evlər, ofislər, anbarlar, ziyafət zalları, mehmanxanalar, klinikalar, hamam otaqları və müxtəlif ictimai və cəmiyyət obyektlərini əhatə edən modul tipli binaların ilkin emalı, quraşdırılması və texniki baxışdan keçirilməsi aiddir. İlkin emal və quraşdırma əməliyyatları istər bizim öz istehsalat meydançamızda, istərsə də müştərinin təyin etdiyi hər hansı bir ərazidə, konstruksiyanın mühitinə və fəaliyyət şərtlərinə uyğun olan poliuretan, mineral pambıq, lifli sement, çoxtəbəqəli panel və digər müasir tikinti materiallarından istifadə etməklə həyata keçirilir. Bizim istehsalat qurğularımız istənilən layihənin tələbindən asılı olaraq ölçü və çətinlikdə olan konstruksiyaların emalına və quraşdırılmasına imkan yaradır.Bizim istehsalat imkanlarımız ay ərzində 3000 tondan çox metal konstruksiya emalını təşkil edir.

 

TEXNİKİ XİDMƏT

BCC Group 2005-ci ildən bəri BP-nin texniki xidmət təminatçılarından biridir.BCC Group təcrübəli qaynaqçılar, çilingərlər, montajçılar, rəngsazlar, yönləndiricilər, mexaniklər, inşaatçılar və digərlərindən ibarət minimum 150 nəfərlik səyyar işçilər də daxil olmaqla daimi və peşəkar xidmət göstərən heyətə malikdir.Hər növ texniki ehtiyac üçün bütün lazımi avadanlıq, məhsul və ya istehlak materialları peşəkar komandamız tərəfindən təmin edilə bilər.İşin başa çatdırılmasına dəstək fəaliyyəti ilə bağlı bütün texniki xidmət tələblərini qarşılamaq üçün tam təminatlı xidmətlər təklif edə bilərik. Biz layihənin ölçüsündən asılı olaraq təcrübəli və yaxşı təlim keçmiş müxtəlif profillərə malik işçi heyəti təklif edə bilərik.BCC Group müştəriləri quraşdırma, texniki dəstək, texniki xidmət, təhqiqat və təmir işlərini əhatə edən tam xidmətlə təmin etməsinə görə fərqlənir. BCC Group-un təklif etdiyi hərtərəfli və təkmilləşdirilmiş xidmətlər müştərilərimizə alət və avadanlıqların istifadəsi və fəaliyyəti ilə bağlı həqiqi üstünlüklər qazandırır.