“BCC Group” 1997-ci ildə tikinti xidmətləri göstərən podratçı şirkət kimi Azərbaycanda  təsis edilmişdir. Hazırda o, müxtəlif ölkələrdə fəaliyyət göstərən bir sıra sürətlə inkişaf edən şirkətləri özündə birləşdirir. “BCC Group” aşağıdakılardan ibarət geniş çeşidli xidmətlər təklif edən aparıcı podratçı şirkətlərdən biridir:
- Mülki, eləcə də neft və qaz sənaye sahələri üzrə tikinti layihələrində mühəndislik, təchizetmə, inşaat, istismara vermə, quraşdırma və texniki xidmət göstərilməsi;
- Modul tipli binaların metal konstruksiyaları, inşası və quraşdırılması;
- Xəzər regionunda xüsusilə inşaat, neft və qaz sahələrinin ehtiyacları üzərində köklənmiş  xidmətlər, təchizat və avadanlıq təminatı.

 

Xidmətlər:

  • Qurğu və mexanika mühəndisliyi
  • Sivil tikintisi
  • Metal konstruksiyaların tam şəkildə istehsalatı və quraşdırılması
  • Modul bina, konteynerlərin istehsalı və quraşdırılması
  • Qaynaq / fitinq xidmətləri
  • Boyama/Üzləmə
  • Elektrik və İnstrumentasiya
  • Boru və polad lövhələrin yığılması
  • Nasos stansiyalarının tikintisi
  • Qazanxanaların və kompressor stansiyalarının quraşdırılması

Təchizat:

  • Kompressorlar, nasoslar, mühərriklər, klapanlar və digər sənaye avadanlıqlar
  • Borular və boru materiallar
  • Elektrik avadanlıqları, kabellər və materiallar
  • Test / ölçü alətlər və avadanlıqlar
  • Tikinti materiallar
  • Kimyəvi maddələr
  • Yük qaldırıcı avadanlıqlar
  • Ağır alətlər
  • Xırdavat

ƏSAS DƏYƏRLƏR

 

 

Biz ən yüksək beynəlxalq standartlara riayət edir, işimizdə ən yeni texnologiya və təcrübələrdən istifadə edirik. Biz müştərilərimizin yüksək gözləntiləri və tələblərini qarşılamaq üçün öz fəaliyyətimizi aşağıdakı əsas prinsiplər üzərində qurmuşuq:

  • Sağlamlıq, təhlükəsizlik və ətraf mühit bizim birinci dərəcəli meyarımızdır
  • Keyfiyyətə nəzarət və təminat
  • Razılaşdırılmış qrafik çərçivəsində təhvil vermə
  • Münasib qiymətlər və sərfəlilik
  • Hər bir müştəriyə fərdi yanaşma
Bu prinsiplərə əməl etməklə, biz layihələri razılaşdırılmış büdcəyə uyğun olaraq vaxtlı-vaxtında həyata keçirməklə yanaşı məhsul və xidmətlərimizin yüksək keyfiyyətini də qoruyub saxlayırıq. Bizim peşəkar ustalığımız ISO 9001: 2008 standartları (Keyfiyyətə Nəzarət Sistemi) üzrə sertifikatla təsdiqlənmişdir. Təsdiqlənmiş fəaliyyət sahələrinə daxildir:
  • Layihələndirmə, tikinti və inşaat
  • Polad emalı və metal konstruksiyaların quraşdırılması
  • Təchiz etmə

MİSSİYAMIZ

“BCC Group” şirkətlər qrupu mühəndislik, tikinti, tədarük etmə və quraşdırma layihələrinin həyata keçirilməsi, eləcə də, rəqabətə davamlı qiymətlərlə ən yüksək keyfiyyətli məhsulların, materialların, avadanlıqların və təchizatların təmin edilməsi sahəsində geniş təcrübəyə malik olan müəssisədir. Biz məhsul və xidmətlərimizi sifarişçilərimizin ehtiyacları və tələbləri əsasında layihələndirməklə, davamlı olaraq, onların çeşidlərini və müxtəlifliyini genişləndiririk və zamanında çatdırılma, rentabellik və müştəri xidməti daxil olmaqla, həyata keçirdiyimiz əməliyyatların yüksək keyfiyyətini qoruyub saxlayırıq.

MƏQSƏDİMİZ

 

 

Bizim məqsədimiz BCC Şirkətlər Qrupunun istehlakçıların tələblərini qarşılamaq üçün öndə gedən məhsul və xidmət təchizatçısı kimi fəaliyyət göstərməsidir. Biz daim inkişaf edərək və xidmətlərimizin keyfiyyətini artıraraq müştərilərimizin gözləntilərini artıqlaması ilə doğrultmağa çalışırıq. Keyfiyyət təminatı şirkətimizin ən vacib meyarıdır. Gördüyümüz işlərin təhlükəsizliyi də ən çox üstünlük verdiyimiz amillərdəndir. Bizim təhlükəsizlik strategiyamız ən yaxşı şəkildə potensial riskə malik istənilən fəaliyyətə qarşı  dözümsüzlüyün maksimal həddi kimi təsvir edilə bilər.  Bu gün bazarda rəqabətə davam gətirmək üçün fəaliyyətin bütün sahələrində peşəkarlıq BCC Group-un texnologiya və insan resursları sahələrində davamlı investisiyalara əsaslanan məşğuliyyət dairəsinin məğzini təşkil edir.